Erməni kilsəsi Kəlbəcərdə daha bir məbədimizi özününküləşdirməyə BAŞLADI

18:41 06.12.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının müvəqqəti(!) olaraq Rusiyanın “sülhməramlı” adlanan hərbi birləşmələrinin nəzarətində qalan Qarabağ iqtisadi rayonunun bir hissəsində hələ də qalan separatçı-terrorçu erməni rejimi  oktyabrın ortalarından “Akobavankın dirçəlişi” adlı layihəyə start verdirib.

Hafta.az xəbər verir ki, Ermənistanın “Panorama” nəşrinin yaydığı məlumata görə,  sözügedən mövzuda  bu gün – dekabrın 6-da  Erməni apostol kilsəsinin “Artsax” yeparxiyasının rəhbəri yepiskop Vrtanes Abramyan Xankəndində keçirdiyi mətbuat konfransında danışıb.

“Akobavank”  dedikdə erməni xuntası Kəlbəcər rayonunun Kolatağ kəndi yaxınlığında yerləşən İslamdan öncə xristian olmuş qədim Azərbaycan türklərinə məxsus məbədlərdən birini nəzərdə tutur. Guya “vaxtilə yepiskop və katolikosun iqamətgahı kimi fəaliyyət göstərən” ibadətgah olaraq təqdim edilən monastır kompleksinin “dirçəldilməsi” layihəsini “Ermənistan memarlığının öyrənilməsi fondu” “ReArmenia” əməkdaşlıq və fandreyzinq(hər hansı bir xüsusi səbəbə görə pul yığmaq) innovativ platformasında vəsait toplamaq yolu ilə həyata keçirəcək. Erməni “mütəxəssis”lərin hesablamalarına görə məbədin “bərpası” üçün təxminən 260 min dollar tələb olunur.

Oxunma sayı 1380
Gündəm rubrikasından digər xəbərlər