Ermənilər Ağdərədə AZƏRBAYCAN HƏRBİ KOLONUNUN QARŞISINI KƏSİB?

19:12 17.02.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rus sülhməramlılarının nəzarəti altında olan ərazilərdə yaşayan ermənilərin işğaldan azad edilmiş rayonların bərbası işlərinə maneə yaratmaq üçün təxribatları davam edir.

Hafta.az news.am-a istinadla xəbər verir ki, fevralın 17-də Ağdərə rayonu ərazisində ermənilər yolu bağlayaraq Azərbaycan hərbi texnikasının hərəkətinə maneə yaradıblar. İddiaya görə, "yerli sakinlər" (ermənilər. red) Kəlbəcər istiqamətində hərəkət edən birliklərimizin yolunu bağlayaraq onları bu yoldan istifadə etməyə qoymayıblar.

Və bu gün Azərbaycan kolonunun hərəkəti zamanı kənd sakinləri yolu bağlayanda onları rus sülhməramlıları müşayiət edib.

“Sülhməramlılar kənd sakinlərini yolu açmağa çağırdılar, lakin onlar razı olmadılar və dedilər ki, bu, onların azərbaycanlılara mesajıdır”, - qondarma rejimin "deputatı "Metaxe Akopyan bildirib.