“Rus sülhməramlıları sayəsində, hələ də Dadivankımız var. Orada 6 din xadimi fəaliyyət göstərir”.
Hafta.az xəbər verir ki, bu sözləri Ermənistan mediasına açıqlamasında Xankəndindəki separatçı-terrorçu rejimin “təhsil, elm, mədəniyyət və idman naziri” sayılan Lusine Qaraxanyan çərənləyib.
“Hazırda Dadivanka ziyarət müvəqqəti olaraq dayandırılıb. Bununla belə, bütün ermənilərin katolikosu II Qaregin və Rusiya patriarxı Kirillin Moskva görüşündə əldə edilən razılığa əsasən Dadivank ziyarətinə yenidən başlanılacaq " - deyə separatçı-terrorçu rejimin qondarma “nazir”i iddia edib.
Xatırladaq ki, “Dadivank” – Kəlbəcər rayonunun Vəng kəndi ərazisində İslamdan öncəki xristianlıq dövründə qədim Azərbaycan türk tayfalarının - albanların ibadətgahı olmuş “Xudavəng”(yaxud “Dədəvəng”) məbədindən gedir. Yəni əslində bu tarixi abidənin ermənilərə heç bir aidiyyəti yoxdur. Lakin ermənilər işğal dövrlərində məbədi özününküləşdiriblər. 44 günlük savaşdan sonra məbəd rəsmən Kəlbəcər rayonunun işğaldan azad ərazisində yerləşsə də, Ermənistanın yalvarışları nəzərə alınaraq Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin nəzarətinə verilib... 10 noyabr razılaşmasından sonra ilk aylar ermənilərin məbədi ziyarət etməsinə icazə verilib. Ancaq Kəlbəcər ərazisində qanunsuz erməni dəstələrinin bir sıra təxribatlarından, o cümlədən Susuzdağ kəndi yaxınlığında iki jurnalistimiz və bir məmurumuzun minaya düşərək həlak olmasından sonra Azərbaycan ordusu ermənilərin Xudavəngi ziyarət etməsinə icazə vermir...