Ermənilər sentyabrın 2-də Sağsağan qayasına yürüş edəcək - XOCALIDA

19:07 01.09.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının hələlik  Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin  nəzarətindəki hissəsində tör-töküntüləri qalan  separatçı-terrorçu rejim sabah –sentyabrın 2-də, qondarılmasının 30 illiyi münasibəti ilə gənclərin  Xocalı rayonu ərazisindəki  məşhur Sağsağan qayasına(yaxud qalası)  yürüşünü təşkil etməyi planlaşdırır. 

Hafta.az xəbər verir ki,  bu haqda separatçı erməni nəşrləri məlumat yayıb.

Xankəndindəki “TRTU” klubu vasitəsilə təşkil edilən yürüş  Xocalı rayonun “Xnzırıstan” adlandırılmış Almalı kəndindən başlayacaq.

Ermənilərin “Kaçaxaberd” adlandırdıqları Sağsağan qayası  dəniz səviyyəsindən 1706 metr hündürlükdə, Almalı kəndindən hava xətti ilə təxminən 5 km,  Kəlbəcər rayonunun Kolatağ kəndindən isə 3 km məsafədə yerləşir.