Azərbaycanla sərhəddə yenidən vəziyyəti gərginləşdirən, sülh təkliyfinə yenidən silahla cavab verən erməni silahlı qüvvələrinin ordumuz tərəfindən növbəti dəfə ağır zərbə alması İrəvanda siyasətçiləri hərəkətə keçirib.
Hafta.az xəbər verir ki, 44 günlük Vətən mühariəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adı altında Rusiyanı Azərbaycanla aparılan hərbi əməliyyatlara cəlb etmək planları baş tutmayan İrəvan rəsmiləri təxriatlar törətməklə yenidən bu planı işə salmağa çalışır.
Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri Eduard Ağacanyan bildirib ki, noyabrın 14-də Azərbaycan ordusu hərbi texnikadan da istifadə etməklə "Ermənistanın dövlət sərhədlərini pozub". Mayın 12-dən sonra isə "Ermənistanın 41 kvadrat kilometr ərazisi işğal edilib". Sərhəddə təxribatları erməni silahlılarının törətdiyinə baxmayaraq, Ağacanyan erməni xislətinə uyğun olaraq sərhəddə atəşkəsin pozulmasının KTMT üzvü olan Ermənistana birbaşa təhdid yaratdığını deyib: "Hökumət təşkilat daxilində fəaliyyətə keçməli, sərhəddə KTMT müşahidəçilərinin göndərilməsi üçün sorğu göndərməlidir".
Artıq Ermənistan siyasiləri arasında birbaşa hərbi müdaxilə üçün Rusiyaya müraciət ünvanlamağın "vacibliyini" vurğulayanlar da var.