Şimali Kipr Türk Respublikasının (KKTC) prezidenti Ersin Tatar TRT News-da canlı yayımda baş verənlərlə bağlı mühüm açıqlamalar verib.
Hafta.az-ın yazdığına gğrə, türk əsgərlərinin adadan çəkilməsi ilə bağlı sualı cavablandıran Tatar, “Bu, Kipr türklərinin sonu olardı” deyən Rum tərəfinin niyyətlərini vurğulayaraq: “Kiprli yunanları tanıyıram; nə qədər irqçi və aqressiv ola biləcəklərini bilirəm. Onlar bunu indi ifadə edə bilməyəcəklər, amma qəzəblərini içində saxlayırlar. 1974-cü ildən sonra baş verənləri heç vaxt işlədə bilməyiblər. Kipr türklərinə edilənlər bir soyqırım, insanlıq faciəsi idi. Türk qoşunları geri çəkilsə, tarix təkrarlanacaq”.
Tatar, iki dövlətli həll hədəfində Türkiyə ilə tam uyğunluq içində olduqlarını ifadə edərək, “Türkiyə Cümhuriyyəti həm vətənimizdir, həm də qarant ölkəmizdir. Bu bölgənin şübhəsiz ən güclü ölkəsidir. Mənim səlahiyyətim ərzində Türkiyə ilə əlaqələrimiz ən yüksək səviyyəyə çatıb. Prezident Ərdoğan Kıbrısın müstəqillik məsələsini Birləşmiş Millətlər Təşkilatında dəfələrlə vurğuladı. Bu, diplomatik uğurdur” deyib.
Tatar Türkiyə ilə KKTC-nin beynəlxalq arenada yekdil çıxışının vacibliyini vurğulayaraq deyib ki, Türkiyə fərqli danışsa, onların etibarı itər. Eyni yolda olmaq milli birlik üçün həyati əhəmiyyət kəsb edir.
KKTC lideri Türkiyə Silahlı Qüvvələrinin adada olmasının regional sülhün təminatı olduğunu vurğulayıb: “Türkiyə ordusu təkcə Kipr türklərinin deyil, bütün adanın təhlükəsizliyini təmin edir. 1974-cü ildə baş verənləri heç kim unutmamalıdır. Həmin gün türk qoşunları gəlməsəydi, bu gün Kiprdə türk varlığından danışa bilməzdik”.
Prezident Tatar bildirib ki, son illər həyata keçirilən diplomatik səylər iki dövlətli həll siyasətini gücləndirib: “Diplomatiya səsinizi dünyaya çatdırmaq sənətidir. Biz bunu uğurla həyata keçiririk. Türkiyə ilə tam uyğunluq içində çalışaraq, KKTC-nin haqlı davasını beynəlxalq platformalarda təqdim edirik”.