Əsir götürülən erməni hərbiçilərin SAYI AÇIQLANDI

15:46 16.11.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ermənistan mətbuatı bu gün sərhəddə baş verən gərginlik zamanı Azərbaycan ordusu tərəfindən təxribat törədərkən əsir götürülmüş erməni hərbiçilərinin sayını açıqlayıb.

Hafta.az xəbər verir ki, noyabrın 16-da 6 erməni hərbçisi əsir götürülüb.

Məlumatı Hraparak qəzetinə Moskvadakı mənbələri təsdiqləsə də, rəsmi təsdiq əldə etmək mümkün olmayıb. Ermənistan Müdafiə Nazirliyi hələlik bu məlumatı şərh etməyib.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi erməni hərbiçilərin əsir götürülməsi faktını təsdiqləmişdi.