Yazını böyüt
Yazını kiçilt
Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında vasitəçilərin iştirakı ilə aparılan danışıqlar çərçivəsində tərəflər əsirlərin və girovların siyahılarını bir-birinə təqdim ediblər.
Hafta.az xəbər verir ki, bu barədə HƏMAS hərəkatının rəsmi nümayəndəsi Tahir ən-Nunu məlumat yayıb. Onun sözlərinə görə, İsrailə təqdim olunan siyahıda “razılaşdırılmış sayda” fələstinli girovun adı yer alıb. Lakin hərəkatın nümayəndəsi siyahıda neçə nəfərin adının olduğunu açıqlamayıb.
Qeyd edək ki, siyahıların qarşılıqlı təqdim edilməsi Qəzza sektorunda atəşkəs və humanitar razılaşmanın əldə olunması istiqamətində aparılan danışıqların bir hissəsidir.