Evi yararsız vəziyyətə düşən şəxs üçün çadır qurulub -VİDEO

18:16 26.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinə Lənkəran rayonu Girdəni kənd sakini Hüseynov Emin Balağa oğluna məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Girdəni kənd sakini E.Hüseynov üçün müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.