Argentinalı iş adamı Alexandro Burzako Beynəlxalq Futbol Federasiyasını (FİFA) korrupsiyada ittiham edib. Onun sözlərini Bloomberg agentliyi yayıb.
Burzako yayım hüquqlarını əldə etmək üçün rüşvət verməkdə ittiham olunan iki keçmiş Fox idman yayımçısı Hernan Lopez və Karlos Martinezin məhkəməsində ifadə verib. “Bu, FİFA İcraiyyə Komitəsinin buludlarda, səmada yazması kimi idi: “Biz rüşvətə açığıq” deyib.
Burzako əvvəllər də bu işdə ittiham olunub. 2015-ci ildə o, təqsirini boynuna alıb və istintaqla əməkdaşlığa başlayıb. Belə ki, iş adamı bildirib ki, Qətərin idman orqanları 2022-ci il dünya çempionatına ev sahibliyi hüququ əldə etmək üçün bir neçə məmura milyon dollardan çox pul ödəyib.
FİFA-da korrupsiya qalmaqalı 2015-ci ildə başlayıb. Daha sonra FİFA rəhbəri Yozef Blatter və Avropa Futbol Assosiasiyaları İttifaqının prezidenti Mişel Platini futbol fəaliyyətindən uzaqlaşdırılıb.