FIFA prezidenti dünya çempionatı zamanı Ukraynada müharibəni dayandırmağa çağırdı

18:42 15.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino İndoneziyada keçirilən G20 sammitində dövlətlərin liderləri qarşısında çıxış edib.

Futbol rəsmisi Rusiya Federasiyasını təşkilatdan qovmaq və ona kamikadze pilotsuz təyyarələr verən İranı 2022-ci il dünya çempionatında iştirakdan kənarlaşdırmaq əvəzinə, Ukrayna və Rusiya arasında müvəqqəti atəşkəs üçün dünya çempionatından tramplin kimi istifadə etməyi təklif edib.

“Mən hamıya Dünya Kuboku zamanı Ukrayna və Rusiya arasında bir ay müddətində atəşkəs barədə düşünməyi və ya heç olmasa sülhə doğru ilk addım kimi dialoqun bərpasına səbəb ola biləcək humanitar dəhlizlərin həyata keçirilməsini təklif edirəm.

Siz dünya liderlərisiniz, tarixin gedişatına təsir etmək qabiliyyətiniz var. Futbol və Dünya Kuboku sizə planetdə birlik və sülh üçün unikal platforma təklif edir”, - İnfantino bildirib.