Yazını böyüt
Yazını kiçilt
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo komandada “Əl-İttifaq”la debüt etdikdən sonra futbol azarkeşləri tərəfindən tənqid edilib.
İstifadəçilərdən biri “Ronaldo hətta Səudiyyə Ərəbistanında belə dribling edə bilmir” yazıb.
"Təqaüdçü oyunçu, çətinliklə hərəkət edir" deyə başqa bir fan yazıb.
Ronaldo “Əl-İttifaq” komandası ilə görüşün ilk dəqiqələrindən kapitan kimi meydana çıxıb və final fitinə qədər oynasa da, məhsuldar hərəkətlərə işarə etməyib.
“Əl-Nasr” 31-ci dəqiqədə braziliyalı Anderson Taliskanın qolu sayəsində 1:0 hesabı ilə qalib gəlib.
“Əl-Nəsr” 33 xalla Səudiyyə Ərəbistanının turnir cədvəlinə başçılıq edir. “Əl-İttifaq” 16 xalla onuncu yerdədir.