FHN qüvvələri Hacıqabulun sel basmış ərazilərinə cəlb olunub - VİDEO

22:31 29.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İntensiv yağışlar səbəbindən Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsinə sel gəməsi nəticəsində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələrinin və zirzəmilərinin subasmaya məruz qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.

Nazirlikdən hafta.az-a verilən məlumata görə FHN-in Muğan Regional Mərkəzinin qüvvələri su basmış ərazilərə cəlb olunub.

 

Hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.