Fransa 1/4 finala vəsiqə qazanıb

21:02 04.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

DÇ-2022-də 1/8 final mərhələsi davam edir.

Hafta.az xəbər verir ki, bu gün üçün nəzərdə tutulan 2 matçdan artıq 1-i başa çatıb. Günün ilk oyununda Fransa Polşa ilə üz-üzə gəlib. "Al Tumama" stadionundakı görüşdə Fransa qələbə qazanıb (3:1) və 1/4 finala adlayıb. 

Qeyd edək ki, Niderland və Argentina artıq 1/4 finala yüksəliblər.

4 dekabr

Fransa - Polşa - 3:1
Qollar: Olivye Jiru, 44 (1:0), Kilian Mbappe, 74 (2:0), 90+1 (3:0), Robert Levandovski, 90+9 (3:1)