Fransa Türkiyəni aldatmaq istədi, Ərdoğan müdaxilə etdi

15:50 16.10.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə “Milli Enerji və Mədən Siyasəti” çərçivəsində həyata keçirilən səylərlə öz yeraltı potensialını bir-bir üzə çıxarır. Bu böyük səfərbərlik sayəsində ölkə faydalı qazıntıların müxtəlifliyinə görə dünyada 8-ci yerə yüksəlib.

Hafta.az-ın yazdığına görə, “Axtaran hər kəs tapmaz, tapan həmişə axtarandır” devizi ilə yola çıxan Türkiyə Əskişəhərdə daha bir gizli xəzinə tapıb. 1950-ci illərdə Əskişəhərin Beylikova rayonuna gələn fransız tədqiqatçılar nadir torpaq elementlərinin (REE) izlərini aşkar ediblər.

Məlumata əsasən, fransızlar nadir torpaq elementləri ehtiyatlarını tapdıqdan sonra Türkiyəyə təklif veriblər: “Türkiyənin hava limanını və magistralını tikək, əvəzində mədənləri bizə verin”. Lakin fransızlar Ankaradan bu təklifə mənfi cavab alınca “Burada heç nə yoxdur” hesabatı hazırlayıb bölgəni tərk ediblər.

Yerli sakinlərin sözlərinə görə, ABŞ tədqiqatçıları sonradan bölgəyə tez-tez baş çəkiblər. Türkiyə 1980-ci illərdə bölgədə qısa bir kəşfiyyat aparıb, lakin heç bir nəticə verməyib.

2022-ci ildə Türkiyə eyni bölgədə dünyanın ikinci ən böyük nadir torpaq elementləri ehtiyatını kəşf edib. 17 müxtəlif elementdən ibarət bu nəhəng kəşf 694 milyon ton həcmi ilə heyrətamiz idi.

Prezident Ərdoğanın iştirakı ilə 18 aprel 2023-cü ildə açılan pilot istehsal müəssisəsi illik 1200 ton istehsal gücü ilə fəaliyyətə başlayıb. Məqsəd böyükdür: Bölgədə tikiləcək sənaye obyekti ilə ildə 570 min ton filiz emal olunacaq. Bu istehsaldan 10 min ton nadir torpaq oksidləri, 72 min ton barit, 70 min ton flüorit və 250 ton torium əldə ediləcək. Nadir torpaq elementləri, adlarından göründüyü kimi, emal etmək olduqca çətindir. Onların kiçik ərazilərdə səpələnmiş olması xərcləri artırır. Lakin bu elementlər olmadan yüksək texnologiya istehsal etmək demək olar ki, mümkün deyil. Onlar fiber optik kabellərdən və peyk sistemlərindən tutmuş ağıllı raketlərə, tibbi cihazlara və elektrik avtomobillərinə qədər 20-dən çox sahədə istifadə olunur. Məsələn, F-35 döyüş təyyarəsi 417 kiloqram RTE tələb edir. Bu elementlər iPhone kameralarında, Tesla batareyalarında və bir çox başqa texnoloji cihazlarda tapılır.

Bəylikovadakı böyük ehtiyat Türkiyəni qısa zamanda Çinə əsas alternativ edə bilər.

Türkiyənin tarixi kəşfindən sonra Çin Türkiyəyə “onu biz emal edək” təklifi ilə müraciət etsə də, Ankara təklifi rədd edib. Türkiyənin məqsədi bəllidir: mineralı öz ərazisində emal etmək və əlavə dəyəri ölkə daxilində saxlamaq. Trampla Çin arasında son gərginlikdə Çin yenidən RTE kartını qaldırıb. Prezident Ərdoğanın Ağ Evə səfərindən sonra RTE mineralının ABŞ-a veriləcəyi ilə bağlı yalanlar yayılıb. Amma sonda yenə bəlli olub ki, Türkiyə bu yataqlardan çıxarılan mineralı kimsəyə verməyəcək.