Futzal üzrə 2026-cı ildə Avropa çempionatının final mərhələsi iki şəhərdə - Riqada (Latviya) və Kaunasda (Litva) keçiriləcək.
Hafta.az xəbər verir ki, bununla bağlı UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.
Oyunlar 2026-cı il yanvarın 18-dən fevralın 8-dək keçiriləcək.
Qeyd edək ki, Riqa Arena 2019-cu ildə 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsinə evsahibliyi edib. Kaunas Arena isə daha mötəbər yarışı qəbul edib. Şəhərin ikinci böyük arenasında DÇ-2021-in final mərhələsinin 22 matçı keçirilib ki, bura açılış və bağlaşın matçları da daxildir.
Final mərhələsində 16 komanda iştirak edəcək ki, onlardan 14-ü seçmə mərhələlərdən vəsiqə qazanacaq. Seçmə mərhələnin oyunları gələn il aprelindən 2025-ci ilin sentyabrına qədər davam edəcək.