Futzal yığmamızdan ikinci məğlubiyyət

09:37 24.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

19 yaşadək futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün ikinci oyununu keçirib. 

Hafta.az xəbər verir ki, komandamız Bosniya və Herseqovina yığması ilə qarşılaşıb və 1:4 hesabı ilə uduzub. Qrupda keçirilmiş digər oyunda Fransa yığması Yunanıstandan güclü olub - 8:1.

Qeyd edək ki, komandamız bu mərhələdə sonuncu oyununu martın 25-də, saat 20:00-da Yunanıstana qarşı keçirəcək.

23 mart
 
Bosniya və Herseqovina U-19  – Azərbaycan U-19 - 4:1
Qollar
: Slaven Ristiç, 12:45, Mario Kolobariç, 19:08, Srdan Katiç, 30:20, Alem Kadiç, 38:15 - Şahbaz Həndəmli, 37:36
Şiroki Briyeq şəhəri, Pecara İdman zalı

Oxunma sayı 200