Hindistanda toyda olan gəlin infarktdan dünyasını dəyişib. Gənc qadının ölümündən sonra baş verənlər dünyada 'inanılmaz' olaraq xarakterizə edilib.
Tez-tez baş verən qəribə hadisələrlə gündəmə gələn Hindistandan daha bir maraqlı hadisə yaşanıb. Sözügedən olay ölkədə hiddət yaratsa da, dünya mətbuatı hadisəni oxucularına təqdim edib.
Hindistanın Qucarat əyalətinin Nari kəndində gənc cütlük birliklərini tamamlamaq üçün evlənmək qərarına gəliblər. Uzun hazırlıqlardan sonra toy günü gəlib çatsa da, cütlük burada gözlənilməz hadisə ilə üzləşib.
Adi toy mərasimi kabusa çevrilib. Mərasim zamanı yerə yıxılan gəlin təcili olaraq xəstəxanaya çatdırılıb. Burada edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirən gənc qadının infarkt keçirdiyi səlahiyyətlilər tərəfindən açıqlanıb. Gənc qadının ölümündən sonra atası bəyə maraqlı təklif edib.
Mərasimi pozmaq istəmədiyini deyən ata gəncə digər qızı ilə evlənməsini deyib. Hindi Latest-də çıxan xəbərdə bəyin bu təklifi qəbul etdiyi və ölən qadının cəsədinin toy bitənə qədər morqda saxlandığı bildirilib.