Gəmi zavodunun 5 əməkdaşının ölməsi ilə bağlı araşdırma aparılır

21:00 03.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, hazırda prokurorluq əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə olunur, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilir.

Nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.