Yazını böyüt
Yazını kiçilt
Gəncə şəhərinin ərazisində qanunsuz tikintilərin qarşısının alınması istiqamətində mütəmadi olaraq monitorinqlər keçirilir.
Bu barədə hafta.az-a Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib.
Bu dəfə də aparılan monitorinqlər zamanı müvafiq icazəverici sənədləri olmadan qeyri-yaşayış sahəsinin tikintisinin aparıldığı aşkarlanıb. Belə ki, şəhərin 5-ci mikrorayon, Sədi küçəsi, 31 saylı yaşayış binasının qarşısında və Ozan küçəcində aparılan qanunsuz tikinti işləri dayandırılıb və söküntüsü təmin edilib.
Qeyd edək ki, bu kimi tədbirlər şəhər ərazisində mütəmadi olaraq keçiriləcəkdir.