Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gənclərin"Tənhalara dayaq" İctimai Birliyi “Gənclərin peşə bacarıqlarının artırılması” layihəsi üzrə 2024-cü il 14,15,16 avqust tarixlərində Şamaxı, İsmayıllı və Qəbələ rayonlarında təlimlər təşkil edib.
Layihənin məqsədi, gəncləri üçün peşə təhsili imkanları yaratmaqla müvafiq peşələrə yiyələnməsinə yardım etmək, bilik və bacarıqlarını praktikada təkmilləşdirmək və qiymətləndirməkdir. Layihə çərçivəsində yetişməkdə olan gənc nəsil yüksək keyfiyyətli peşə hazırlığı ilə təmin olunub. Bu dövrə uyğun müvafiq müəssisə-təşkilatların tələbatının ödənilməsi məqsədi ilə kadrlar hazırlıb.
Tədbirdə, Dağlıq Şirvan Dövlət Məşğulluq filialının əməkdaşı Aynurə Hacıyeva, Şamaxı İcra Hakimiyyətinin əməkdaşı Pərvin Hacıyeva, İsmayıllı rayon İcra Hakimiyyətinin əməkdaşı Gülər Baxışova, Dövlət Məşğulluq Agentliyinin mütəxəssisi Zaur Umudlu, Dövlət Məşğulluq Agentliyinin Qəbələ xidmət şöbəsinin əməkdaşı Ramil İsayev iştirak ediblər.