General-leytenant Kərim Vəliyev Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib

16:21 23.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.

Hafta.az-ın xəbərinə görə, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Oxunma sayı 559