Göyçay sakini qonşusunu BALTALADI

12:10 22.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 21-də gecə saatlarında Göyçay şəhərində Əli Əzizov aralarında yaranmış mübahisə zamanı qonşusu, 33 yaşlı Əfqan Hacıyevin qoluna balta ilə xəsarət yetirib.

 

DİN-in Mətbuat Xidmətindən hafta.az-a  bildirilib ki, polis əməkdaşları tərəfindən kəsici alətlə Ə.Hacıyevə xəsarət yetirən Ə.Əzizov saxlanılıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.