Güləşçimiz Avropa çempionu oldu

21:23 23.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Hafta.az xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz finalda gürcüstanlı Coni Xetsuriani ilə qarşılaşıb.

Rəqibinə 3:2 hesabı ilə qalib gələn Həsrət Cəfərov Avropa çempionu olub.