Yazını böyüt
Yazını kiçilt
Bu yay günvurma ilə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 40 müraciət daxil olub.
Məsələ ilə bağlı, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından hafta.az-a verilən məlumata görə, mövsüm başlayandan bəri stansiyaya günvurma ilə bağlı 40 müraciət daxil olub ki, onlardan 15 halda hospitalizasiya icra edilib. Müraciət edənlərin 9 nəfəri uşaqdır. Azyaşlılar arasında 4 halda hospitalizasiya icra olunub.