Gürcüstanda bələdiyyə seçkiləri başa çatdı

20:26 04.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda bələdiyyə seçkiləri üzrə səsvermə başa çatıb.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, yerli vaxtla saat 20:00-da seçki məntəqələri bağlanıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının saat 17:00-a olan son məlumatına əsasən, seçici fəallığı 33,5% təşkil edib.

Seçkilərin ilkin nəticələrinin iki saat ərzində açıqlanacağı gözlənilir.