“Gürcüstan hökuməti tərəfindən hər bir olimpiya çempionu üçün bir milyon lari ayrılacaq”.
Hafta.az-ın yazdığına görə, bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze gürcü olimpiya iştirakçılarının andiçmə mərasimində deyib.
“Gümüş medal qazananlara yarım milyon lari, bürünc medalçılar üçün 250 min lari ayrılır. Əminəm ki, çempionluq uğrunda sonadək mübarizə aparmaq üçün əlavə həvəsləndirməyə ehtiyacınız yoxdur. Lakin əlbətdə bu, qələbənizi artıracaq əlavə amildir. Gürcüstan hökuməti adından sizə söz vermək istərdim ki, gürcü idmanına, gürcü olimpiya iştirakçılarına, olimpiya komandasına dəstək yenə də davam edəcək. Bu dəstək, üstəlik, ildən-ilə daha da artacaq. Mən sizə Olimpiya Oyunlarında böyük uğurlar arzulayıram”, - deyə İrakli Kobaxidze bildirib.