Hacıqabulda ikimərtəbəli ev yanıb

23:10 29.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hacıqabul rayonunun Kolanı kəndində ümumi sahəsi 250 m² (hər mərtəbəsi 125 m²) olan ikimərtəbəli evin aynabənddən ibarət 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 125 m². sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.