Hansı mədəni xalqın nümayəndəsi bu vəhşiliyi edə bilər – Tarixçi alim

13:52 19.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənilər həmişə özlərini svilizasiyanın yaradıcıları, nümayəndələri kimi təqdim etməyə çalışırlar. Amma müasir, şüurlu bir insan bu gün Azərbaycan ərazilərində ermənilərin törətdikləri vəhşiliklərə baxanda onların hansı səviyyədə “mədəni xalqın” nümayəndələri olduğunu görür.

Bu fikirləri hafta.az-a tarixçi alim Firdovsiyə Əhmədova deyib. Onun sözlərinə görə, hansı mədəni xalqın nümayəndəsi bu vəhşiliyi edə bilər:

“İstər təbiətə, istər insanlara qarşı törədilən, insanlığa sığmayan qətliamı heç bir bəşər övladı eləməz ki, biz bunu qonşularımızdan gördük.   Bu, 100 il əvvəl də belə idi, indi də belədir. 1918-ci ilin yazında Şərqi Anadoluda, Cənubi Azərbaycanda, Cənubi Qafqazda müsəlmanlara qarşı ermənilərin törətdiyi soyqırımlar, 100 il sonra Xocalı və yaxud da 44 günlük savaş dövründə və savaşdan sonra törətdikləri vəhşiliyə baxaraq görürük ki, heç nə dəyişməyib. Eyni ssenari, eyni hiyləgərlik, eyni riyakarlıq davam edir. Ermənilər nəinki şifahi sözə, heç yazdıqları imzaya, sazişə belə əməl eləməyiblər”.