HƏMAS-ın nümayəndə heyəti danışıqlar üçün Misirə gəlib

08:31 06.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fələstinin HƏMAS hərəkatının lideri Xəlil əl-Heyinin başçılıq etdiyi nümayəndə heyəti Qəzzada atəşkəslə bağlı İsraillə dolayı danışıqları bərpa etmək üçün Misirə gəlib.

Hafta.az xəbər verir ki, bu barədə HƏMAS-ın teleqram kanalında yaydığı məlumatda deyilir.

Bildirilir ki, Xəlil əl-Heyinin başçılıq etdiyi hərəkatın nümayəndə heyəti Qəzzada atəşkəs, İsrail qoşunlarının çıxarılması və fələstinli məhbuslarla girovların dəyişdirilməsi üzrə danışıqlarda iştirak etmək üçün Misirə gəlib. Məsləhətləşmələrdə HƏMAS Siyasi Bürosunun başqa hansı üzvlərinin iştirak edəcəyi barədə hələlik məlumat yoxdur.