Hərbi qulluqçularımız “Efes-2022” təlimlərində iştirak edirlər

12:39 04.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Tapşırıq Qrupu Komandanlığının koordinasiyası ilə “Efes-2022” təlimində iştirak edəcək Azərbaycan Ordusunun şəxsi heyəti ilə “Gəmiyə minmə, yaşayış massivlərində döyüş, kəndirdən sürüşmə və sahilə hücum üzrə təlimlər” keçirilib.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər davam etdirilir. Bu çərçivədə Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının İzmir şəhərində keçirilən “Efes-2022” beynəlxalq təlimində iştirak edirlər.