Heydər Əliyev Mərkəzinin üzərində “Avro-2020”nin iştirakçıları ilə bağlı görüntülər nümayiş etdirilib

19:00 13.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Avro-2020"nin Bakıda keçirilən oyunlarının təbliğatı məqsədilə müxtəlif səpkili tədbirlər davam edir.

Hafta.az AFFA-ya istinadla xəbər verir ki, iyunun 12-də axşam saatlarında Heydər Əliyev Mərkəzinin üzərində işıq proyeksiyası vasitəsilə “Avro-2020”nin A qrupunun Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunan qarşılaşmalarının iştirakçıları ilə bağlı görüntülər nümayiş etdirilib.

Xatırladaq ki, "Avro-2020"nin A qrupu çərçivəsində ilk oyun Uels və İsveçrə milli komandaları arasında keçirilib və qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

BOS-da növbəti oyun iyunun 16-da olacaq. Saat 20:00-da Türkiyə və Uels milli komandaları qarşılaşacaq.

Oxunma sayı 541