Həyətində toy edən şəxslər cərimələndi

11:14 10.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saatlıda karantin qaydalarının pozulduğu toylar aşkar edilib.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan hafta.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Nərimankənd, Məzrəli, Potubəyli və Qara Nuru kəndlərində yerləşən 4 fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

 

Qayda pozuntularına yol vermiş ev sahibləri barədə inzibati qaydada tədbirlər görülüb.