Hidayət Heydərov "Böyük Dəbilqə”də qızıl medal qazanıb

18:20 17.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən "Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.

Hafta.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda tacikistanlı Abubakr Şerova qalib gələrək fəxri kürsünün birinci pilləsinə qalxıb.

Millinin digər üzvü Rəşid Məmmədəliyev (73 kiloqram) isə üçüncü yer uğrunda görüşdə kanadalı Artur Margelidona məğlub olub.

Fevralın 18-dək davam edəcək turnirdə Azərbaycan 32 cüdoçu ilə təmsil olunur.