Hidayət Heydərov dünya çempionu oldu

21:41 20.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olub.

Hafta.az xəbər verir ki, o, finalda hazırkı Asiya çempionu Tatsuki İşihara (Yaponiya) ilə qarşılaşıb. Əsas vaxtın bitməsinə 40 saniyə qalmış Tatsuki vazari xalı ilə önə keçib. Hidayət vaxtın bitməsinə 10 saniyə qalmış rəqibini ipponla məğlub edib.

Oxunma sayı 122