Honkonqda dəhşətli yanğın: Sakinlər binada köməksiz vəziyyətdə qalıblar

13:43 26.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Honkonqun Tay Po rayonunda yaşayış kompleksində baş verən güclü yanğın nəticəsində azı iki nəfər ölüb.

Hafta.az xəbər verir ki, yanan binada xeyli sakin köməksiz vəziyyətdə qaldığından, ölənlərin sayının artacağı istisna olunmur.

Yerli rəsmilər binada qapalı vəziyyətdə qalanların sayı və yanğının səbəbləri barədə məlumat verməyiblər.

Yanğınsöndürənlər alovun qarşısını almağa çalışırlar, xilasetmə işləri davam edir. /"Reuters"/