Kaliforniyada atışma nəticəsində 4 nəfər ölüb, 10 nəfər yaralanıb

10:01 30.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Kaliforniya ştatının Stokton şəhərində ailəvi tədbir zamanı baş verən atışma nəticəsində azı dörd nəfər həyatını itirib.

Hafta.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Məlumata görə, daha 10 nəfər yaralanıb. Ad günü münasibətilə keçirilən tədbirin keçirildiyi banket zalında atəş açan şübhəli şəxslə bağlı hələlik əlavə detal açıqlanmayıb.