Yazını böyüt
Yazını kiçilt
Kanada Xarici İşlər Nazirliyi kanadalı xokkeyçiləri Rusiya Federasiyasını və Belarusu tərk etməyə çağırıb. Hafta.az bildirir ki, bu barədə RDS telekanalı xəbər verir.
"Kanada hökumətinin bu ölkələri tərk etmək xəbərdarlığına baxmayaraq, kanadalılar Rusiya və Belarusda KHL komandalarında oynamağa davam edirlər", - Xarici İşlər Naziri Melani Coli bildirib.
“Biz kanadalılar dəyərlərimizi yüksək qiymətləndiririk. Rusiya və Belarusla oynamaq və əməkdaşlıq etmək qərarına gələn idmançılar öz qərarlarını ictimaiyyətə izah etməlidirlər”, - bəyanatda deyilir.
Bildirilir ki, hazırda Rusiya və Belarus klublarında 44 kanadalı xokkeyçi çıxış edir.