Kanalda batan 9 yaşlı uşağın meyiti tapıldı

16:30 20.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beyləqanda ötən gün su kanalında batan 9 yaşlı uşağın meyiti tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Baş Mil kanalının Yeni Mil kəndi ərazisindən keçən hissəsində batan 2015-ci il təvəllüdlü Əhməd Cavid oğlu İbrahimovun meyiti hadisə baş verən ərazidən təxminən 15 kilometr uzaqda tapılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.