Karateçimiz İslamiadada qızıl medal qazanıb

22:52 18.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan karateçisi İrina Zaretska V İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.

Hafta.az-ın məlumatına görə, Azərbaycan karateçiləri Pənah Abdullayev və Asiman Qurbanlı gümüş medal qazanblar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışların rəsmi bağlanış mərasimi bu gün - avqustun 18-də baş tutacaq.

 

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.