Keçən gün 11 kq-dan çox narkotik aşkarlandı

12:58 05.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 4-də ümumi çəkisi 11,3 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, narkotik vasitələr - 1,6 kiloqrama yaxın heroin, 9,6 kiloqramdan çox marixuana, 110 qram metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 64 çətənə kolu dövriyyədən çıxarılıb.

 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.