Kəlbəcərdə Şəhidlər lövhəsini SÖKƏNLƏR AXTARILIR - VİDEO

19:58 01.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kəlbəcər rayonunda xoşagəlməz, eyni zamanda, müəmmalı sayılacaq hadisə baş verib. Rayonun Comərd kəndinin bir qrup sakini torpaqlar işğaldan azad ediləndən sonra Qarabağ Müharibəsində şəhid olmuş həmkəndlilərinin fotoları vurulan lövhə hazırlayıblar. Lövhə dəmir dayaqlarla kənddə yolun kənarında quraşdırılıb. Bir müddət sonra təkrar kəndə gedən sakinlər şəhidlərin rəsmləri vurulan lövhənin çıxarılaraq, yol kənarına atıldığının şahidi olublar. Lövhənin kim və ya kimlər tərəfindən qırılıb atılması müəmmalı qalır.

Hafta.az xəbər verir ki, məsələ ilə bağlı Kəlbəcər rayonundan olan deputat Aqil Məmmədov Modern.az-a açıqlamasında lövhənin yenidən əvvəlki yerinə quraşdırıldığını söyləyib:

“Birinicisi, o lövhənin aşırılması şəhidlərə, onların ailələrinə hörmətsizlikdir. Hansı məqsədlə olursa olsun, şəhidin şəkli vurulan lövhəyə o cür yanaşma olmamalıdır. Bu məsələyə laqeyd qalmaq olmaz, hər şey araşdırılacaq. Çıxarılsa belə, səliqəli şəkildə çıxarılmalı, yeri dəyişdirilməli idi. Kəlbəcər rayonunun polis rəisi şəkil lövhəsinin yerinə basdırıldığını söyləyib”