Kəndlərdə şəhid ailələrinə hörmət daha çoxdur - Ekspert

15:35 02.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Təsəvvür edin, bir yaşlı kişi gəlib, kastilnəndir, bir ayağı yoxdur. Birinci övladını I Qarabağ müharibəsində itirib, 2 ci övladı bu müharibədə şəhid olub, 3-cü ən kiçiyi hal-hazırda ordudadır, 1 dəfə kantuziya alıb və qulluğu davam edir, MAXE-dir. Siz təsəvvür edirsiz...

Bu fikirləri hafta.az-a həkim-psixoterapevt, hərbi-psixoloq Azad İsazadə deyib:

“Ya da bir kənddə əkiz oğullar eyni gündə şəhid olub. Lövhə asılıb, doğulduğu, şəhid olduğu günlər, gün ikisində eynidir. Mənim təcrübəmə baxmayaraq bəzən görürdüm ki, dözə bilmirəm. Çətin idi. Sözsüz ki, psixoloqlar da bir-birinə superviziya adlı bir metodla kömək etməyə çalışırlar...

Biz Bakıda az işləmişik. Daha çox kəndlərdə, rayonlarda  olmuşuq.  Deyə bilərəm ki, kəndlərdə şəhid  ailələrinə münasibət çox yaxşıdır. Biz orda Şəhid ailələrinə hörməti hiss edirik. Onlar özlərini cəmiyyətə lazımlı hiss edirlər. Bir xanım ağlaya-ağlaya mənə deyirdi ki, əziyyətlə müəllimlik edib, həyətində əkib-biçib, uşaqlarını böyüdüb. Deyir ki, oğlu ona demişdi ki, ana elə gün olacaq ki,  sən cəmiyyətin ən hörmətli adamı olacaqsan və göz yaşını axıdır...”