“Kəpəz” Portuqaliya millisinin sabiq qapıçısını transfer edib

18:00 10.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Kəpəz” heyətinə yeni qapıçı cəlb edib.

Klubdan hafta.az-a verilən məlumata görə, “sarı-göylər” portuqaliyalı Paulo Rojerio Veyqa dos Santuşu transfer edib. Onunla 1 illik müqavilə imzalanıb.

O, son olaraq vətənində aşağı liqa təmsilçisi "Lenk Vilaverdense" klubunda çıxış edib. P. Rojerio "Braqa" akademiyasının yetirməsidir. O, ölkəsinin aşağı yaş qrupları üzrə yığma komandalarının üzvü olub.