Kərkükün dövlət idarələrində türkcə lövhələr asılır

15:45 08.10.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İraq Türkmən Cəbhəsi (İTF) Kərkükdə hazırda türk işarələri olmayan dövlət qurumlarında türk lövhələrinin quraşdırılması üçün işlərə başlayıb.

Hafta.az-ın yazdığına görə, İTF Kərkük vilayətinin sədri Kahtan Vandavinin göstərişinə əsasən, hazırda türkcə lövhələr olmayan dövlət idarələrində bu cür lövhələr quraşdırılmağa başlanıb.

İşə ilk növbədə səhiyyə idarələrində start verilib və gələcəkdə digər dövlət qurumlarında da genişləndirilməsi planlaşdırılır.

İraq Konstitusiyasına görə, türk dili əhalinin sıx məskunlaşdığı ərazilərdə rəsmi dil statusuna malikdir, lakin bu status illərdir Kərkükdə həyata keçirilmirdi. Amma 2023-cü ildə İraq Nazirlər Şurası türklərin vətəni olan Kərkükdə dövlət idarələrində yalnız ərəb və kürd dillərinin istifadəsi barədə qalmaqallı qərar verdi. Kərkükdə türkcəyə qoyulan qadağanın ardınca gələn etirazlar daha da artdı və İraq hökumətini geri çəkildi. Digər tərəfdən, 2023-cü ildə Kərkük valiliyinin verdiyi qərarla rəsmi yazışmalarda və işarələrdə türkcədən istifadə olunmağa başladı.