Kiyevdə hava hücumundan ölənlərin sayı artıb - YENİLƏNİB

10:40 25.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kiyevin Svyatoşin rayonuna hava zərbəsi nəticəsində ilkin məlumata görə, dörd nəfər ölüb, ən azı üç nəfər yaralanıb.

Hafta.az xəbər verir ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tlaçenko məlumat verib. Noyabrın 25-nə keçən gecədən Kiyevə başlanan kütləvi hava hücumu hazırda da davam edir.

09:12

Noyabrın 25-nə keçən gecədən Rusiya ordusunun Kiyevə kütləvi hava hücumu nəticəsində azı 4 nəfər yaralanıb.

Hafta.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Hava hücumu nəticəsində 9 nəfər xilas edilib. Yaşayış binaları və mülki infrastruktura ziyan dəyib.

“Peçerski rayonunda 22 mərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələri dağılıb. Xilasedicilər 5-ci mərtəbədəki yanğını söndürüblər. Bir nəfər xilas edilib. Dağıntılar təmizlənir”, - deyə məlumatda bildirilir.

Eyni zamanda Dneprovsk rayonunda doqquzmərtəbəli yaşayış binasında dağıntı qeydə alınıb. Binanın 6-cı və 7-ci mərtəbələrdə yanğınla nəticələnib. Ümumilikdə 8 nəfəri xilas etmək mümkün olub.