Konstitusiyalı monarxiya quruluşunun bərpasına ÇAĞIRIŞ

08:27 18.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Liviya vəliəhdinin oğlu Məhəmməd Rza əs-Sənusi siyasi qeyri-müəyyənliklə üzləşən ölkənin konstitusiyalı monarxiya idarəetmə formasına keçidini xilas yolu adlandırıb.

Hafta.az “erem nyus” saytına istinadla xəbər verir ki, paytaxt Tripolidə keçirilən Milli Vəhdət və Sülh Forumunda çıxışında o, “monarxiya institutu”nun qorunmasında maraqlı olduğunu bildirib.

Siyasi şərhçilərin bir çoxu əs-Sənusinin bu çağırışının siyasi böhranın həllində ideal seçim olmadığını deyirlər. Bildirilib ki, bu ideya reallıqdan uzaqdır.

Qeyd edilməlidir ki, Məhəmməd İdris əs-Sənusi 1951-1969-cu illərdə Liviyanın Kralı olub. 1969-cu ildə Müəmmər Qəzzafi tərəfindən hakimiyyətdən uzaqlaşdırılıb.