Koronavirus şübhəli daha bir nəfər evə buraxıldı

11:14 12.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakıda koronavirus şübhəsilə xəstəxanaya yerləşdirilənlərlə bağlı birgə məlumat yayıb.

Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində qalan 1 nəfər evinə buraxılıb.

Xəstəlik alovlanan ərazidən gələn 12 nəfər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Həmin tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, Çinin Uhan şəhərindən yanvarın 29-u çıxan 6 nəfərin karantin müddəti bu gün bitir. Onların klinik vəziyyətlərində heç bir problem aşkarlanmayıb. Gün ərzində evə buraxılacaqlar. Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılan digər 6 nəfərin karantin müddəti fevral ayının 14-ü bitir, onların səhhətində də hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda qalan 6 nəfər də evə buraxılacaq.