Koronavirusun əsas simptomları yoxa çıxıb

19:19 13.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pandemiyanın ilk dövrlərindən başlayarq koronavirusun əlamətləri gündəmdədir. İndiyə kimi Covid- 19-un bir çox simptomları ortaya çıxıb və zaman keçdikcə bu sıraya yeni əlamətlər əlavə olunur. Hafta xarici mətbuata istinadən xəbər verir ki, ingiltərəli həkimlərin apardığı yeni araşdırmalara görə, koronavirusa yoluxan yeni xəstələrdə infeksiyanın  əsas simptomları yoxa çıxıb.

 Yoluxanların əksəriyyətində öskürək, iy və dadbilmə müşahidə olunmur. İnfeksiyanı daşıyanlar koronovirusu adi mövsüm qripi kimi keçirir. Onlarda yalnız baş ağrısı, əzələ ağrısı və burun tutulması kimi simptomlara rast gəlinir.

Qeyd edək ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin açıqlamasına görə, Covid-19-un göstəricisi sayılan əlamətlər hərarət, öskürək, təngnəfəslik, nəfəs almada çətinlik, üşütmə, titrətmə, əzələ ağrısı, baş ağrısı, boğaz ağrısı, iy və dadbilmənin itməsi idi/Axşam.az

Oxunma sayı 3287