Laçın şəhəri tamamilə Azərbaycanın nəzarətinə keçəcək - Ekspert

16:50 04.03.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Yay aylarında yeni yolun açılışından sonra artıq Laçın şəhəri tamamilə Azərbaycanın nəzarətinə keçəcək. Bu, Azərbaycanın təmir-bərpa işlərinə başlamasına, minalardan təmizlənməsinə imkanlar yaradacaq.

Bu fikirləri hafta.az-a politoloq Natiq Cəfərli deyib:

"Yeni çəkilən yolun Ermənistandan Azərbaycan ərazisinə birləşən hissəsində Azərbaycanın gömrük keçid və sərhəd məntəqələrinin olması məsələsində israr etməliyik. Azərbaycan ərazisinə keçən istənilən avtomobillər Konstitusiyamıza və qanunvericiliyimizə görə ölkənin sərhəddində yoxlanılmalıdır və bu, Azərbaycanın müstəsna hüququdur. Çox güman, əsas müzakirə mövzusu həmin o giriş hissədə sərhəd-keçid məntəqələrinin qurulması, pasport nəzarətinin aparılması məsələsi olacaq. Bu məsələ həll olunandan sonra, artıq Ermənistan tərəfdən Xankəndidə yerləşən qondarma rejimə qeyri-qanuni silah göndərilməsi, başqa qeyri-qanuni dəstəyin verilməsinin qarşısını ala biləcəyik.